Daha 71 nəfərin diplomu tanınmadı
04 oktyabr 2021 18:15 (UTC +04:00)

Daha 71 nəfərin diplomu tanınmadı

Sentyabr ayı üzrə xaricdə təhsil alan 310 müraciətçinin 239-u barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 71 nəfərin diplomu isə tanınmayıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Lent.az-a verilən məlumata görə, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 30, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 19, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 12, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 101, Rusiya Federasiyasından 80, Ukraynadan 61, Gürcüstandan 18, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 8, digər ölkələrdən isə 42 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 37, iqtisadiyyat üzrə 28, tibb üzrə 22, biznesin idarə edilməsi üzrə 18, menecment üzrə 11 nəfər müraciətçi qeydə alınıb.

Qeyd olunub ki, sənədlərə ortalama baxılma müddəti 22 gün təşkil edib.

Vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.taninma.az keçidinə daxil ola bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4138

Oxşar yazılar

SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50
İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul  veriləcək

İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul veriləcək

21 aprel 2025 , 16:45
Sabah  intensiv yağış yağacaq   - PROQNOZ

Sabah intensiv yağış yağacaq - PROQNOZ

21 aprel 2025 , 13:04