Çörək müəssisəsi bağlandı: Rəhbəri isə...
18 oktyabr 2021 19:57 (UTC +04:00)

Çörək müəssisəsi bağlandı: Rəhbəri isə...

Zaqatalada çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Lent.az-a verilən məlumata görə, qurumun Şəki regional bölməsinin əməkdaşları tərəfindən Zaqatala şəhəri, C.Cabbarlı küçəsi, ev 12 ünvanında yerləşən, Layıcova Könül Məhəmməd qızına məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib. Belə ki, müəssisənin xammal anbarına baxış zamanı zərərverici izlərinə rast gəlindiyi, istehsal sahəsində döşəmənin tamlığının pozulduğu, divar və tavanın, elektrik sobasının divar və qapaqlarının sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı müəyyən edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
 

# 2016
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar