Koronavirus həqiqətən Allahın yer üzünə göndərdiyi xəstəlikdirmi, yoxsa....
Bir neçə saat əvvəl yayılan məlumatlara görə, Çin, inkişaf etmiş texnologiya sayəsində koronavirusa qalib gəldi. Qırxdan çox xəstəxanada fəaliyyət göstərən tibb robotlarının bu işdəki xüsusi rolu vurğu ilə qeyd olundu. Təəccüblü deyil. Gözlənilirdi. Dünya mediasını, həmçinin texnologiyanın inkişafının hansı həddə gəldiyini mərhələ-mərhələ izləyən hər kəs məqsədin nə olduğunu təxmin edirdi.
Aylardır dünyanı silkələyən koronavirusla bağlı bir çox ehtimallar olsa da, onlardan üçü diqqət çəkdi:
1. Çin və bir çox dövlətlər təxmin edir ki, bu, Amerikanın işidir. Əsaslandırmaq üçün mediada Uhandakı ət bazarında virusu bir Amerikan əsgərinin yaydığını yazdı. Yaponiya və Koreya da bu fikri doğru hesab etdiyini bildirdi.
2. Amerika əvvəl hesab edirdi ki, virusu yadplanetlilər yaydı. Lakin sonra Donald Tramp onu “Çin virusu” adlandırdı.
3. Ən çox diqqət çəkəni isə virusu Çinin özü yaydığı ehtimalıdır. Bu fikrin tərəfdarları iddia edirlər ki, COVID-19 Çinin Uhan vilayətində laboratoriya şəraitində planlı şəkildə hazırlanaraq ət bazarında ortalığa çıxarılan bioloji silahdır. Məhv etməyə öz camaatından başlaması isə təsadüf deyil. Dünyanın diqqətini Amerikanın üzərinə yönəldərək öz planlarını həyata keçirir. 2002-ci ildə yenə Uhanda yayılan koronaviruslar nəslindən olan SARS virusunun da laborator şəkildə hazırlandığını bilərəkdən və ya bilməyərəkdən sızdırılması iddiası dünyanı silkələmişdi.
Çinlilər həmişə yarasa yeməyiblərmi? Bəs bu xəstəlik niyə indi ortalığa çıxdı?! Çünki süni intellekt üzərində qurulmuş digital dünyaya keçidin bundan sürətli yolu ola bilməzdi. İddia edilir ki, bu, Çindəki qlobal şirkətlərin oyunudur. Ötən gün Donald Tramp öz twitter hesabında yazır: “Dünya gizli düşmənlə müharibə vəziyyətindədir. Biz qalib gələcəyik!” Mütəxəssislər bu fikri belə şərh etdilər: Qlobal şirkətlər dünya dövlətləri üzərindən əməliyyat aparır.
Hələ 2016-ci ildə türk araşdırmaçı yazarı Abdullah Çiftçi öz twitter hesabında IV sənaye inqilabının baş tutması üçün dünyaya bir virus yayılacağını yazmışdı. Bu fikirlərini günlər əvvəl türk mediasında yenidən gündəmə gətirən Çiftçi koronavirusun sosial təcrübə olduğunu, robotların artıq həyatımıza girdiyini söylədi: “Yer üzünü idarə edən bir üst ağıl var. 20-ci əsrin anlayışları ilə 21-ci əsrin digital dünyasını anlamaq mümkün deyil!”
Gəlin mənzərəyə diqqətlə baxaq. Virus təhlükəsi dünyaya sürətlə yayıldıqca insanlar evlərinə çəkildi. Sosial həyat donmaq üzrədir. Təhsil online sistemə keçməyə məcbur qaldı. Online təhsil platformalarına, təhsil aplikasiyalarına bir anda milyonlarca tələbat yarandı. Dünyanın beyninə yerləşdirdilər ki, kağız pullarla virus yayılır, dövriyyədən çıxmalıdır. Bu, artıq elektron pula keçidə tələbat yaratdı. Hətta Ukraynada kağız pulların banklar tərəfindən toplanaraq dezinfeksiya olunması qərarı alındı. Yenidən dövriyyəyə buraxılacağı deyilsə də, ehtimal ki, əvvəlcə elektron pula, sonra kriptovalyutaya keçid olacaq. Amazon, Facebook, Google və s. kimi nəhənglər “Big data” ilə pulumuzun məbləğini bilirdilər. Lakin hara xərclədiyimizi bilmirdilər. Kriptovalyuta ilə məsələ məlumdur. Marketlər, geyim və s. mağazaları az keçmədən virus səbəbi ilə fəaliyyətini dayandıracaq əvəzində online marketlər, mağazalar təklif ediləcək. Xəstəlik sürətlə yayıldıqca ölüm qorxusu ilə insanın dəri altına biometrik çip yerləşdirilməsi təklif ediləcək. 6g, 7g texnologiyasına keçid üçün bu çipin taxılması vacib amildir. Hazırda bu tip çipin dünyada yüz əlli min insana yerləşdirildiyi təxmin edilir. Çində və Yaponiyada artıq kafelərdə, otellərdə robotlar fəaliyyət göstərir. İddia edirlər ki, virusun yayılmasının qarşısını almaq üçün ən doğru yol budur. Bir müddət sonra online sifarişləri robotların çatdıracağı qaçılmazdır. Xəstəlik yayıldığı müddət ərzində Çində qırxdan çox klinikada robotlar fəaliyyət göstərməyə başladı. Bu robotlar klinikaları təmizlik, dezinfeksiya edir, həmçinin xəstələri təsbit etmək, onların temperaturunu ölçmək, dərman vermək kimi bir çox işləri yerinə yetirirlər.
Dekabrda dərc edilən məşhur The Economist 2020 dərgisinin üz qapağındakı o sirli yazılar haqqında mütəxəssislər tərəfindən maraqlı şərhlər var. İddia olunur ki, vəziyyətin bu həddə çatacağı əvvəlcədən bəlli idi və həmin dərginin üz qapağında sirli şəkildə əks olunmuşdu. 2020 yazısında ilk 20 qırmızı, növbəti 20 isə yaşıl rəngdə verilib. Bu o deməkdir ki, ilin ilk yarısı pis keçəcək, sonra vəziyyət düzələcək.
Tarixdəki sənaye inqilablarına nəzər salsaq görərik ki, insan əməyini asanlaşdırmaq niyyəti ilə yeni sistemin qurulması insan amilinə zərərsiz də ötüşməyib. IV sənaye inqilabı insan əməyinin minimuma endirilməsi hətta yox olması üzərinə dekor edilib. Qlobal şirkətlər hesab edir ki, dünya əhalisinin sürətlə artdığı bir dövrdə fabriklər, istehsal müəssisələri 7 gün, 24 saat fasiləsiz və bir-birləri ilə xəbərləşərək işləməlidirlər. Bu da insan əməyi ilə mümkün deyil, robotlara mütləq ehtiyac yaranır. Bütün sənaye inqilablarında istehsal edilənin satışa çıxarılması üçün əvvəlcə ona tələbat yaradılıb.
Belə vəziyyətlərdə insanını qorumaq üçün dövlətlərə çox iş düşür. Sağlamlığımızı qorumaq məqsədilə dövlətimiz vaxtında kifayət qədər tədbirlər gördü. Məhz buna görə də, yayılma halları Azərbaycanda digər dövlətlərə nəzərən ləng gedir. Dövlətimizin qoyduğu qaydalara əməl etməliyik ki, bu bəladan ən az zərərlə qurtulaq.
Aynur Abbaszadə