Koronavirus statistikası:  3646 nəfər yoluxdu, 1259 nəfər sağaldı,  34 nəfər öldü
24 noyabr 2020 17:34 (UTC +04:00)

Koronavirus statistikası: 3646 nəfər yoluxdu, 1259 nəfər sağaldı, 34 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3646 yeni yoluxma faktı qeydə alınıb, 1259 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 98 927 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 65 734 nəfər müalicə olunaraq sağalıb, 1 194 nəfər vəfat edib, aktiv xəstə sayı 31 999 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 358, ötən müddət ərzində isə ümumilikdə 1 631 597 test aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1909
avatar

Oxşar yazılar