Baş nefroloq: "Azərbaycanda böyrəkköçürmə əməliyyatlarının sayı artıb"
07 fevral 2020 11:22 (UTC +04:00)

Baş nefroloq: "Azərbaycanda böyrəkköçürmə əməliyyatlarının sayı artıb"


"Əgər 5 il əvvəl Azərbaycanda 89 böyrək köçürmə əməliyyata aparılmışdısa, son 5 ildə belə əməliyyatların sayı 500-ə yaxındır".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Baş nefroloqu Fariz Babayev deyib. Onun sözlərinə görə, hər bir dializ alan xəstəyə böyrək köçürülməsı onun arzusudur, amma burada da bəzi nüanslar var: "Qanuna görə, böyrək orqanı verən insan mütləq ailə üzvlərindən kimsə olmalıdır. O böyrəklər də köçürülən xəstəyə uyğun gəlməlidir. İkinci səbəb odur ki, hər xəstəyə böyrək köçürmə uğurlu nəticələnməyə bilər. Buna görə də həkimlər bu sahədə düzgün və çox ciddi seçim aparırlar. Əməliyyatın aparılması deyil, sonrakı dövrdə xəstəyə yararlı olması qiymətləndirilməlidir. Ona görə də ehtiyacı olan xəstələr qeydiyyata alınır. Ailə üzvlərindən kiminsə donor olmaq üçün razılığı və orqanın xəstənin bədəninə uyğun gəlmə şansı varsa, böyrək köçülür".

F.Babayev qeyd edib ki, son dövrlər belə xəstələrdə artım var: "Artıq insanların maariflənməsi nəticəsində hətta ucqar rayonlarda olanlar da problemi bilib həkimlərə müraciət edirlər. Buna görə də belə xəstələrin sayında artım var".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 969
avatar

Oxşar yazılar