Astarada mikroavtobus aşdı, 16 nəfər yaralandı  - YENİLƏNİB
11 noyabr 2026 14:08 (UTC +04:00)

Astarada mikroavtobus aşdı, 16 nəfər yaralandı - YENİLƏNİB

0

Astarada yol qəzasında 16 nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun xəbərinə görə, onlardan 4 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 12 nəfərə isə tibbi yardım göstəriləndən sonra ambulator müalicə üçün evə buraxılıblar.

***

12:39

Astarada idarəetməni itirən mikroavtobus aşıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Kijəbə-Deqədi kənd yolunda baş verib.

Astara istiqamətində hərəkətdə olan "QazEl" markalı mikroavtobus Deqədi kəndi ərazisində aşıb. Qəza nəticəsində 10-dan çox sərnişin xəsarət alıb. Xəsarət alanlar Astara və Lənkəran rayon mərkəzi xəstəxanalarına hospitalizasiya olunublar.

Marşrutda 20-ə yaxın sərnişin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 460

Oxşar yazılar