“Həcc pulları” geri qaytarılır – Ziyarət nə vaxta qaldı?
22 iyun 2020 11:03 (UTC +04:00)

“Həcc pulları” geri qaytarılır – Ziyarət nə vaxta qaldı?

Bu il Həcc ziyarətinin olmayacağı ehtimal olunur.

Lent.az-ın əldə etdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi artıq Həcc ziyarəti üçün pul ödəyənlərin vəsaitini geri qaytarır.

Qeyd edək ki, keçən həftə dünya mətbuatı Səudiyyə Ərəbistanının,  1932-ci ildən krallığın qurulmasından bəri ilk dəfə Həcc mövsümünü ləğv etməyi müzakirə etdiyini yazmışdı.

Bu barədə rəsmi açıqlama hələ olmasa da, Azərbaycandan bu il Həcc ziyarətinin olmayacağı ehtimalı var.

Bu il Azərbaycan üçün 1500 nəfərlik kvota ayrılmışdı. Koronavirus pandemiyası ilə bağlı karantin rejimi tətbiq edilənədək 400-ə yaxın sənəd verən olmuşdu. Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər 4490 dollar ödəməli idi.

Qeyd edək ki, bu ilin iyul ayının sonuna planlaşdırılan Həcc ziyarəti dünyadakı ən böyük dini mərasimlərdən biridir.

İki milyondan çox hacı İslami ayinləri yerinə yetirmək üçün Krallığa səfər edir.  İslamda əhəmiyyəti ilə yanaşı, Həcc ziyarəti Ər-Riyad üçün əsas xarici gəlir mənbəyidir. Rəsmi məlumatlar göstərir ki, Həcc və  il boyu baş tutan ümrə ziyarəti il ​​ərzində ölkəyə təqribən 12 milyard dollar pul qazandırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12385
avatar

Aygün İbrahimli

Oxşar yazılar