Çiyələyi sarımsağın yanında  əkin – səbəbi sizi heyrətləndirəcək
16 mart 2026 15:29 (UTC +04:00)

Çiyələyi sarımsağın yanında əkin – səbəbi sizi heyrətləndirəcək

0

Yaz və yayda çiyələkfən ləzzət almaq üçün bir çox insan bu giləmeyvəni həyətində və ya bağında əkir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər çiyələyin sarımsağın yanında xüsusilə yaxşı inkişaf etdiyini iddia edirlər. 

Sarımsaq zərərvericilərə qarşı çox yaxşı vasitədir. Üstəlik, bu kimyəvi deyil, tamamilə yeyilə bilən təbii vasitədir. Yəni sarımsaqdan göbələk xəstəliklərinə və digər zərərvericilərə qarşı istifadə etmək tam təhlükəsizdir.

Sarımsağın ifraz etdiyi fitonsidlər sayəsində yaxınlıqda çürümə də yaranmır. Buna görə də bu “qonşu” müxtəlif bitkilər üçün faydalı hesab olunur.

Aparılan bir araşdırmada müxtəlif otların çiyələk kollarının gənələrlə yoluxmasına təsiri öyrənilib. Tədqiqat zamanı müxtəlif bitkilər istifadə olunub: şnit-soğan, oregano, keşniş və sarımsaq. Onların arasında ən effektiv olanı məhz sarımsaq olub.

Əgər siz çiyələk sıralarının arasında iki sıx sıra sarımsaq əksəniz, giləmeyvə kolları zərərvericilərdən etibarlı şəkildə qorunacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 412

Oxşar yazılar