Bu yolda hərəkət 5 gün məhdudlaşdırılır -  DİQQƏT
07 iyul 2021 10:06 (UTC +04:00)

Bu yolda hərəkət 5 gün məhdudlaşdırılır - DİQQƏT

İyulun 7-dən eNərimanov rayonu ərazisində, Heydər Əliyev prospektinin Bağırov körpüsünün altından keçən əsas hissəsində əks istiqamətli nəqliyyat axınlarını ayıran bardürün inşa olunması ilə əlaqədar olaraq hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Lent.az-a verilən məlumata görə, məhdudlaşma 12 iyul tarixinədək qüvvədə olacaq:

"Sürücülərdən sözügedən hissədə təmir-tikinti işlərinin aparıldığı müddət ərzində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının və yol hərəkəti qaydalarının tələblərinə riayət etmələri xahiş olunur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1698
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar