"Bu yanaşma əlavə motivasiya yaradacaq" - Deputat
27 fevral 2026 12:45 (UTC +04:00)

"Bu yanaşma əlavə motivasiya yaradacaq" - Deputat

0

"Şəffaf və ölçüləbilən sertifikatlaşdırma mexanizmi, bu yanaşma müəllimlərin peşə biliklərinin davamlı yenilənməsini təşviq edəcək, onların öz peşəsinə inamını artıracaq və peşəkar inkişaf üçün əlavə motivasiya yaradacaq". 

Lent.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Nigar Məmmədova bildirib. 

Deputat deyib ki, qanun layihəsi Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzəri və praktiki biliklərinin attestasiya yolu ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndirilməsinin aparılması məqsədilə hazırlanıb:

“Qüvvədə olan qanunvericilik isə müasir təcrübə ilə uyğunlaşmır. Təqdim olunan qanun layihəsinə mən daha çox sosial siyasət prizmasından yanaşmaq istərdim. Bu dəyişikliklər yalnız qiymətləndirmə prosedurunun yenilənməsi deyil, eyni zamanda təhsil sistemində şəffaflığın, sosial ədalətin və ictimai etimadın gücləndirilməsinə yönəlmiş mühüm addımdır.

Şəffaf və ölçüləbilən sertifikatlaşdırma mexanizmi müəllimlərin fəaliyyətinin daha obyektiv qiymətləndirilməsinə imkan yaradacaq, subyektiv yanaşma risklərini azaldacaq və əmək münasibətlərində daha aydın və ədalətli qaydaların formalaşmasına xidmət edəcək. Habelə,  bu yanaşma müəllimlərin peşə biliklərinin davamlı yenilənməsini təşviq edəcək, onların öz peşəsinə inamını artıracaq və peşəkar inkişaf üçün əlavə motivasiya yaradacaq. 

Bizim əsas məqsədimiz müəllimi qoruyan, onu inkişaf etdirən və təhsil sistemində keyfiyyəti yüksəldən balanslı mexanizm yaratmaqdır. Əminəm ki, sosial həssas yanaşma ilə bu dəyişikliklər həm müəllimlər, həm valideynlər, həm də cəmiyyət üçün müsbət nəticə verəcək. Sertifikatlaşdırma  həm müəllimlərin sosial müdafiəsini gücləndirəcək, həm də valideynlərin təhsil sisteminə inamını daha da artıracaq.

Hesab edirəm ki, təqdim olunan dəyişikliklər əmək bazarında rəqabətin artmasına, təhsil sistemində həm keyfiyyətin, həm də sosial etimadın güclənməsinə xidmət edəcək. Qeyd edim ki, layihə Əmək və sosial siyasət komitəsində də müzakirə olunub”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar