Bu tarixdən COVİD pasportlarının müddəti 6 ay olacaq - Prezidentin köməkçisi
28 dekabr 2021 17:30 (UTC +04:00)

Bu tarixdən COVİD pasportlarının müddəti 6 ay olacaq - Prezidentin köməkçisi

“Vəziyyət gərgin olaraq qalır. Azərbaycanda hansısa sərt qərarların verilməsinə gərək yoxdur. Ölkədə vəziyyət stabildir”. 

Lent.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, vəziyyəti daha da yaxşılaşdırmaq üçün ən önəmli vasitə vaksinasiyadır: Ancaq həmin tədqiqatlara görə vaksinin 2-ci dozasından 4 ay sonra immunitet zəifləyir və buster dozanın vurulması ciddi tövsiyə edilir.

Bu proses Azərbaycanda da gedir. Bu prosesdə daha çox qoruyucu və ehtiyatlı yanaşmanı tətbiq etmək məqsədilə hazırda istifadə olunan COVİD pasportlarının vaxtına məhdudiyyət qoyulur.

Fevral ayının 15-dən sonra COVİD pasportlarının müddəti 6 ay müəyyən edilir. İkinci dozadan 6 ay sonra COVİD pasportu öz qüvvəsini itirmiş olacaq. Vaxtı keçmiş COVİD pasportu ilə bəzi məkanlara daxil olmaq mümkün olmayacaq”.
 

# 2946
avatar

Aytəkin Cəlali

Oxşar yazılar