Mayın 5-də “Təhsil haqqında” qanununda dəyişiklik edilib.
Lent.az xəbər verir ki, yeni dəyişikliyə əsasən, Azərbaycanın dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan və minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladları ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları halda onların təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Həmçinin, yeni qanun ilə müəyyən olunmuş imtiyaz bu qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunur və 2026-cı il sentyabrın 15-dən tətbiq ediləcək.
Bu şəxslərin də təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
0
0
0
0