Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov
11 avqust 2021 15:27 (UTC +04:00)

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov

Bu şəxslərə əks göstəriş sertifikatı veriləcək - Baş infeksionist AÇIQLADI

“Əks göstəriş sertifikatının verilmə müddəti hələ məlum deyil”.

Lent.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. 

O bildirib ki, əks göstəriş tələbləri ölkədə istifadə olunan hər 4 vaksin üçün eynidir:

“Vaksin vurdurulması üçün əks göstərişlər çox az faiz təşkil edir. Gələcəkdə ola bilər ki, əks göstərişə aid olan şəxslərə vaksin vurulsun. Amma bu gün həmin şəxslərə peyvənd vurulması məsləhət deyil. Onkoloji, xroniki xəstəliyi olan, hamilələr və digər kateqoriyaya aid olan şəxslər bu siyahıya aiddir. Komissiya işinə yeni başladığından əks göstəriş sertifikatının verilmə müddəti hələ məlum deyil. Xəstənin vəziyyəti yaxşılaşdıqca peyvənd vurdurulması üçün dəvət edilə bilər. Odur ki, sertifikatların qısa müddətli verilməsi nəzərdə tutulur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5304
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar