Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini K.Ramazanovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, polis şöbəsinə gətirilib və tibbi müayinədən keçirilib.
Müayinənin nəticəsinə əsasən K.Ramazanovun narkotik vasitədən istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə K.Ramazanovun sürücülük hüququ altı ay müddətində məhdudlaşdırılıb

K.Ramazanov, Lənkəranda sürücülük hüququ məhdudlaşdırılan şəxs
Bu səbəbdən sürücülük hüququ məhdudlaşdırıldı-FOTO
Oxşar yazılar

Bu həftədən sonra üç BÜRCÜN həyatı daha yaxşı olacaq
20 avqust 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
20 avqust 2025 , 08:20
Bakının bu rayonlarında qaz olmayacaq
20 avqust 2025 , 01:51
Bu həftə hansı BÜRCLƏRİ pis xəbərlər gözləyir
20 avqust 2025 , 00:02
Vanqanın 2025-ci il üçün qorxulu proqnozu tezliklə gerçəkləşə bilər
19 avqust 2025 , 20:15
Bu "həkimin" tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yox imiş - RƏSMİ
19 avqust 2025 , 19:03
Prokurorluq yayılan əməliyyat görüntüləri ilə bağlı araşdırmaya BAŞLADI
19 avqust 2025 , 18:42