Bu rayonlarda leysan yağdı, sel gəldi - FAKTİKİ HAVA
07 iyun 2023 09:38 (UTC +04:00)

Bu rayonlarda leysan yağdı, sel gəldi - FAKTİKİ HAVA

Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, iyunun 7-si saat 9-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, ayrı-ayrı yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, Balakən-Şəki zonasının bəzi yerlərində intensiv və güclü olub.

Yağan leysan yağışlar nəticəsində İsmayıllı rayonu ərazisindən keçən Göyçay çayından, Oğuz rayonundan keçən Əyriçaydan, Zaqatala rayonu ərazisindən keçən Muxax çayı və Talaçaydan, Qax rayonundan keçən Kürmükçaydan, Qəbələ rayonundan keçən Dəmiraparançaydan, Quba rayonu ərazisindən axan Vəlvələçaydan sel keçib.

Düşən yağıntının miqdarı Qaxda 156 mm (aylıq normanın 121 faizi), Qəbələdə 53 mm (aylıq normanın 47 faizi), Zaqatalada 48 mm (aylıq normanın 37 faizi), Şəkidə 37 mm (aylıq normanın 37 faizi), Balakəndə 27 mm (aylıq normanın 21 faizi), Şahdağda 23 mm (aylıq normanın 48 faizi), Oğuzda 23 mm (aylıq normanın 19 faizi), Altıağacda 16 mm (aylıq normanın 25 faizi), Qusarda 15 mm, Gədəbəy, Xaltanda 12 mm, Daşkəsən, Quba, Şəmkir, Şamaxı, Yevlax, Gəncə, Göygöl, Ağstafa, Ceyrançöl, Naxçıvan, Şahbuz, Sədərək, Naftalan, Tovuz, İsmayıllı, Qobustan, Pirallahı, Mingəçevirdə 5-10 mm-dək olub.

Öncədən xəbər verildiyi kimi, ölkə ərazisində küləkli hava şəraiti davam edib. İyunun 6-da şimal-qərb küləyi arabir Naftalanda 22, Neftçala, Mingəçevir, Şəki, Gəncə, Zaqatala, Balakəndə 20, Ağdamda 18, Sabirabad və Qaxda isə 17 m/s-dək güclənib.

Daşkəsən, Göygöl, Şəmkir, Quba, Qusar, Şahdağ, Altıağac, Balakən, Şamaxı, Qrız, Lerikdə duman müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4013

Oxşar yazılar

9-cu sinfi bitirənlər üçün növbəti imtahan  keçirildi -YENİLƏNİB

9-cu sinfi bitirənlər üçün növbəti imtahan keçirildi -YENİLƏNİB

11 may 2025 , 14:02
Magistraturaya qəbul imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanı keçiriləcək

11 may 2025 , 09:18
"Yer yanan şara  çevriləcək" - Stiven Hokinqin proqnozu TƏSDİQLƏNDİ

"Yer yanan şara çevriləcək" - Stiven Hokinqin proqnozu TƏSDİQLƏNDİ

10 may 2025 , 20:15
May ayında xüsusi xoşbəxtlik yaşayacaq  DÖRD BÜRC

May ayında xüsusi xoşbəxtlik yaşayacaq DÖRD BÜRC

10 may 2025 , 18:40
Sabahdan güclü külək  əsəcək

Sabahdan güclü külək əsəcək

10 may 2025 , 16:45
Azərbaycanda hava KƏSKİN SOYUYACAQ  - XƏBƏRDARLIQ

Azərbaycanda hava KƏSKİN SOYUYACAQ - XƏBƏRDARLIQ

10 may 2025 , 14:07
Prokurorlar Fəxri Xiyabanı ziyarət etdi

Prokurorlar Fəxri Xiyabanı ziyarət etdi

10 may 2025 , 12:25
Leysan, dolu, sulu qar  - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

10 may 2025 , 12:23