Bu rayon işıqsız   qalacaq
23 iyul 2025 09:13 (UTC +04:00)

Bu rayon işıqsız qalacaq

Bu gün Xaçmazda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Lent.az-a verilən məlumata görə, Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Xudat Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində iyulun 23-də 35/10 kV-luq Seyidli yarımstansiyasında profilaktik təmir və ölçü sınaq işlərinin aparılması məqsədi ilə Xaçmaz rayonu Nabran, Seyidli, Meşəli, Muxtardır, Aşağı oba, Sahillər və Dalğalı kəndlərində 11:00-dan 16:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 777

Oxşar yazılar