Azərbaycan Respublikası Hesablama Palatasının mətbuat katibi Zeynəb Kazımova işindən ayrılıb.
Lent.az xəbər verir ki, o, bu barədə öz feysbuk hesabında paylaşım edib:
"Azərbaycan Respublikası Hesablama Palatası ilə yolumu ayırdım. Öz ərizəmlə Palatada tutduğum aparıcı məsləhətçi vəzifəsini, həmçinin icra etdiyim mətbuat katibi vəzifəsini tərk etdim. Çox qısa vaxt ərzində olsa da, əziz həmkarlarım, media nümayəndələri - sizinlə əməkdaşlığımız, ünsiyyətimiz hər zamankı kimi yüksək səviyyədə oldu. Bundan əvvəlki qurumlarda da olduğu kimi, təmsil etdiyim qurumun nüfuzunun qorunması, media ilə işin yüksək səviyyədə qurulması, materialların operativ, dolğun hazırlanması, işə peşəkarlıqla və vicdanla yanaşılması prinsiplərinə sadiq qaldım. Azərbaycan mediasında 27 illik jurnalist fəaliyyətimlə bərabər 17 ildir ki, müxtəlif qurumlarda sıfırdan ictimaiyyətlə əlaqələr və mətbuat xidməti strukturlarını quraraq, sözügedən qurumların qısa zamanda tanıdılması, cəmiyyətdə müsbət imicinin formalaşdırılması, ictimaiyyət arasında nüfuzunun yüksək səviyyəyə qaldırılması və media ilə əməkdaşlığın peşəkar, qarşılıqlı etimad və inam əsasında həyata keçirilməsini təmin edərək, müvafiq strukturların ilk rəhbəri olmuşam, həmin qurumların hər birinin tarixinə ilk şöbə rəhbəri və mətbuat katibi olaraq adım yazılıb və buna görə çox şanslıyam. Çox şadam ki, yolum belə bir əhəmiyyətli qurumdan da keçdi. Qısa müddətdə mənə doğmalaşan insanlara təşəkkür edirəm və uğurlar arzulayıram".