Bu qrupun qəbul proqramında DƏYİŞİKLİK
30 dekabr 2021 17:35 (UTC +04:00)

Bu qrupun qəbul proqramında DƏYİŞİKLİK

Dövlət İmtahan Mərkəzi 2022-ci ildə ali təhsil müəssisələrinə III ixtisas qrupunda ədəbiyyat fənnindən imtahan verəcək abituriyentlərə müraciət edib.

DİM-dən Lent.az-a bildirilib ki, Ədəbiyyat fənnindən qəbul proqramına daxil edilmiş C.Məmmədquluzadənin “Anamın kitabı”, C.Cabbarlının “Oqtay Eloğlu”, İ.Əfəndiyevin “Xurşudbanu Natəvan” əsərlərinin dərslikdə verilməyən, lakin oxunması tövsiyə olunan hissələri ilə aşağıdakı keçidlərdən tanış olmaq olar:

1. C.Məmmədquluzadə “Anamın kitabı”
2. C.Cabbarlı “Oqtay Eloğlu”
3. İ.Əfəndiyev “Xurşudbanu Natəvan”

2022-ci ilin qəbul imtahanlarında həmin hissələr üzrə tapşırıqlardan da istifadə edilməsi nəzərdə tutulur.

# 1902
avatar

Aytəkin Cəlali

Oxşar yazılar