Bu müəssisələrdə işçilərin 80 faizinin "COVID" pasportu olmalıdır - SİYAHI
26 iyul 2021 15:12 (UTC +04:00)

Bu müəssisələrdə işçilərin 80 faizinin "COVID" pasportu olmalıdır - SİYAHI

Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edib.
Lent.az-ın məlumatına görə, 2021-ci il 1 sentyabr tarixindən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir:
- mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;
- mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;
- bu Qərarın əlavəsində qeyd olunan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələr;
- ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb edilir;
- yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:
- ictimai iaşə müəssisələrində;
- mehmanxanalarda;
- iri ticarət mərkəzlərində.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına

əlavə

İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin
SİYAHISI

Kommunal sahə üzrə:
elektrik enerjisi, qaz, istilik ilə təchizat;
su təchizatı və meliorasiya, çirkli suların yığılması və təmizlənməsi;
tullantıların yığılması, emalı və məhv edilməsi.
Nəqliyyat, logistika və kommunikasiya sahəsi üzrə:
dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti;
liman xidmətləri;
logistika xidmətləri;
telekommunikasiya və rabitə xidmətləri;
poçt və kuryer fəaliyyəti.
Sosial sahə üzrə:
sosial xidmətlərin göstərilməsi;
əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.
Ticarət və ictimai iaşə sahəsi üzrə:
topdan və pərakəndə ticarət;
ictimai iaşə;
yeməklərin göndərilməsi və çatdırılma xidmətləri.
Turizm sahəsi üzrə:
mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi;
səyahət agentliklərinin və turoperatorların fəaliyyəti.
Məhkəməyə dəfələrlə əsassız vəsatət, şikayət verən vəkili və tərəfləri 500 manatadək cərimələmək hüququ verilib
ÜST: Payız aylarında koronavirusa yoluxma saylarında yenidən artım olacağı gözlənilir
TƏBİB: Səyahət zamanı kütləvi yerlərdə maska ilə qorunmaq lazımdır
Maliyyə xidmətləri üzrə:
maliyyə və sığorta fəaliyyəti (bank, bank olmayan kredit təşkilatları, lombardlar, sığorta təşkilatları, ödəniş xidmətləri).
Digər sahələr üzrə:
poliqrafiya fəaliyyəti, çap və surətçıxarma xidmətləri;
bütün növ maşın və avadanlıqların quraşdırılması və təmiri;
kompüterlərin və rabitə avadanlıqlarının, şəxsi istifadə əşyalarının, məişət mallarının təmiri;
avtomobillərə və motosikletlərə texniki xidmət göstərilməsi, onların təmiri və yuyulması;
kirayə və lizinq fəaliyyəti;
daşınmaz əmlakın alınması və satılması xidmətləri;
memarlıq, mühəndislik, layihələndirmə və texniki məsləhətlər verilməsi sahəsində fəaliyyət;
reklam fəaliyyəti və bazarın öyrənilməsi;
işə düzəltmə agentliklərinin fəaliyyəti;
tədris və repetitor xidmətləri;
tərcümə üzrə xidmətlər;
dizayn fəaliyyəti;
fotoqrafiya sahəsində fəaliyyət;
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlər (mühasibat uçotu və audit, hüquq, kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə məsləhət (konsaltinq) xidmətləri və sahibkarlıq subyektlərinə təqdim edilən bu kimi digər iş və xidmətlər);
istehsal və yaşayış binalarının, mənzillərin təmizlənməsi və yığışdırılması;
dezinfeksiya xidmətləri;
toxuculuq və xəz məmulatlarının yuyulması və kimyəvi təmizlənməsi;
dərzi xidmətləri;
bərbərxana və gözəllik salonları;
baytarlıq fəaliyyəti;
heyvan sığınacaqları.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3795
avatar

Oxşar yazılar