Gədəbəydə limonad istehsal edilən müəssisədə yoxlama aparılıb.
AQTA-dan Lent.az-a verilən xəbərə görə, Slavyanka kəndində fəaliyyət göstərən Yusifova Nüşabə İbrahim qızına məxsus “Öz Elim” əmtəə nişanlı alkoqolsuz içki (limonad) istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı sanitar norma və qaydaların, eləcə də qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.