Bu imtahanların vaxtı dəyişdi - DİQQƏT
06 iyul 2021 11:50 (UTC +04:00)

Bu imtahanların vaxtı dəyişdi - DİQQƏT

Dövlət İmtahan Mərkəzi “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə imtahan tarixi 19 iyul yazılmış abituriyentlərə müraciət edib.

DİM-dən Lent.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında 1 iyul 2021-ci il tarixli Qərarına əsasən, 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.

Ona görə də DİM tərəfindən Təsviri sənət istiqaməti üzrə 19 iyulda nəzərdə tutulmuş imtahanlar 17 iyula keçirilib.

Qabiliyyət imtahanına buraxılış vərəqəsində 19 iyul üçün Rəngkarlıq (10) komissiyasının rəngkarlıq imtahanı və Heykəltəraşlıq (12) komissiyasının yapma imtahanı qeyd edilmiş abituriyentlər 17 iyul imtahana gəlməlidirlər.

Bu abituriyentlər yenilənmiş buraxılış vərəqələrini DİM-in saytından çap edə bilərlər.

https://eservices.dim.gov.az/qabiliyyet

# 3396
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar