Bu gün Azərbaycanda "Bilik günü" qeyd edilir.
Lent.az xəbər verir ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuz şəhid olub.
Bununla əlaqədar olaraq, ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 sentyabr – “Bilik Günü”nün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb.
Məktəblərdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.
2022-2023-cü tədris ilində şagirdlərin ümumi sayı 1 616 214 nəfərdir. 158 297 şagird I sinifdə, 147 029 şagird IX sinifdə, 100 455 şagird isə XI sinifdə təhsil alacaq.