Florida sakini Ketrin lotereyada külli miqdarda udub, lakin onun hesabında və axmaqlığına görə cəmi 300 dollar qalıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, 2022-ci ilin sentyabr ayında qadın üç endirimli lotereya bileti alıb, onlardan birində bəxti gətirib və bir milyon dollar qazanıb. Bütün lazımi vergiləri ödədikdən sonra qalib 820.000 dollar pul alıb. Bir neçə ay sonra qalib Okaluza dairəsinin Destin şəhərində bir ev alıb və bütün əşyalarını həmin gün oraya köçürməyə başlayıb. Ketrin əmlak sığortası etməyib.
Bütün əşyalar artıq yeni evdə olanda Ketrin itini götürmək üçün anasının yanına gedbi. Məhz bu məqamda polis qalibə zəng edərək, onun yeni evinin az qala yandığını bildirib.
"Mən hətta on dəqiqə belə orada gecələyə bilmədim", - Ketrin deyib.
Onun sözlərinə görə, bir neçə aydır ki, o, anasının yaşadığı Fort- Uolton-Biç şəhəri ilə oğlunun ailəsi ilə birlikdə yaşadığı Sandestin kurort ərazisi arasında yerləşdiyi üçün Destində ev axtarırmış.
Ketrin qısa bir xəstəlik səbəbindən yeni evi sığortalamağa vaxtının olmadığını söyləyib: "Bu mənim şəxsi axmaqlığımdır".
Onun sözlərinə görə, yanğın daşıyıcıların qutuları sobanın üzərinə qoyması səbəbindən başlayıb və o, bir növ yandırılıb. Yük daşıma şirkəti yanğına görə məsuliyyət daşımır və Ketrinin versiyası tanınmayıb, çünki təlimata əsasən, daşıyıcılardan əşyaları yalnız yerə qoymaq tələb olunur. Yanğınsöndürmə batalyonunun rəhbəri Castin Blikston yanğının mətbəxdən başladığını təsdiqləyib.
“Hazırda hesabımda üç yüz dollara yaxın pulum var... Çünki hər şeyi bu evə yatırmışam”, - qadın deyib.