Bir gündə 9 nəfər COVID-19 -dan öldü - SON STATİSTİKA
09 avqust 2021 16:33 (UTC +04:00)

Bir gündə 9 nəfər COVID-19-dan öldü - SON STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1101 yeni yoluxma faktı qeydə alınıb, 311 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.  

İndiyədək ölkədə ümumilikdə 352 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 335 336 nəfər müalicə olunaraq sağalıb, 5 072 nəfər vəfat edib, aktiv xəstə sayı 12 518 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 947, ötən müddət ərzində isə ümumilikdə 4 123 715 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3285
avatar

Oxşar yazılar