“Microsoft”un qurucusu Bill Qeyts yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı növbəti dəfə açıqlama verib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, B.Qeyts bildirib ki, növbəti 4-6 ay ərzində koronavirus daha da yayılacaq:
“Təəssüflə bildirirəm ki, ABŞ-da koronavirus infeksiyası səbəbindən ölənlərin sayı xeyli artacaq. Sözügedən müddət pandemiyanın ən çətin vaxtı olacaq. Səhiyyə Göstəriciləri və Dəyərləndirməsi İnstitutunun (IHME) proqnozuna görə, 1 aprel 2021-ci ilə qədər daha 200 000 nəfər koronavirus səbəbindən öləcək. Maska taxmaq və sosial məsafəni gözləməklə, bu ölümlərin böyük bir qisminin qarşısını ala bilərik”.