Bəzi rayonlarda şişmək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
01 iyun 2023 17:04 (UTC +04:00)

Bəzi rayonlarda şişmək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin iyunun 1-i saat 16:00-a olan məlumatına əsasən Naxçıvan, Ordubad, Daşkəsən, Neftçala, Göygöl, Gədəbəy, Lerik, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən Lent.az-a verilən xəbərə görə, Gədəbəy rayonu ərazisinə saat 15:12 radələrində qısamüddətli, diametri 6 mm olan dolu düşüb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-29 dərəcə isti, Naxçıvanda 23-27 dərəcə isti, Aran rayonlarında 28-31 dərəcə isti, dağlıq rayonlarda 23 dərəcə, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək isti olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2046
avatar

Oxşar yazılar