56 yaşlı Sevda Həsənova Respublika Neyrocərrahiyyə Xəstəxanasının Reanimasiya şöbəsindən Baş-beyin şöbəsinə köçürülüb.
Bu barədə Lent.az-a Respublika Neyrocərrahiyyə Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, fevralın 6-ı jurnalist Sevda Həsənovanın üzərində sağtərəfli akustik nevrinomanın xaric edilməsi əməliyyatı icra edilib.
Xatırladaq ki, Sevda Həsənova uzun illər ANS telekanalında çalışıb və mediada "Böyük Seva" kimi tanınıb.