Bərbərxana və gözəllik salonlarında COVID-19 pasportu tələb ediləcək?
26 iyul 2021 19:24 (UTC +04:00)

Bərbərxana və gözəllik salonlarında COVID-19 pasportu tələb ediləcək?

Sentyabrın 1-dən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

Lent.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda etdiyi dəyişiklikdə əksini tapıb.

Bununla da şadlıq sarayları və sağlamlıq-idman komplekslərindən sonra ictimai iaşə müəssisələri, mehmanxanalar və iri ticarət mərkəzlərinə də müştərilərin daxil olması yalnız COVID-19 pasportu ilə mümkün olacaq.

Yaşı 18-dən yuxarı olan şəxslərin yalnız COVID-19 pasportu təqdim etdiyi halda xidmətlərindən istifadə edə biləcəyi ictimai iaşə müəssisələr restoran və kafelərdir. Bərbərxanalar və gözəllik salonları isə bu sıraya daxil deyil. Çünki gözəllik salonları və bərbərxanalar kafe və restoranlar kimi eyni anda insanların kütləvi xidmətlərindən istifadə etdiyi məkanlar deyil.

Ancaq qərara əsasən, 1 sentyabr tarixindən etibarən bərbərxana və gözəllik salonlarının işçilərinin ən azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3675
avatar

Oxşar yazılar