Bayram günlərinin  HAVA PROQNOZU
30 dekabr 2021 15:15 (UTC +04:00)

Bayram günlərinin HAVA PROQNOZU

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 31-də  havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti olacaq.
 
2022-ci il yanvarın 1-də  dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti olacaq.

Yanvarın 2-də   dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-11° isti olacaq.

Yanvarın 3-də buludlu olacaq, hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-9° isti olacaq.

Azərbaycanın rayonlarında
 
Dekabrın 31-də əsasən yağmursuz, bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 4-9° isti olacaq.

Yanvarın 1-də əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 9-14° isti,
dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta olacaq.

Yanvarın 2-də əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti,
dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

Yanvarın 3-də şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.

Yanvarın 4-də əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.
 

# 2721
avatar

Oxşar yazılar