Bayram günləri leysan yağacaq  - PROQNOZ
05 iyun 2025 13:41 (UTC +04:00)

Bayram günləri leysan yağacaq - PROQNOZ

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava şəraiti

Lent.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında iyunun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir.

Şimşək çaxacaq

Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

30 dərəcə isti olacaq

Havanın temperaturu gecə 18-21, gündüz 25-28 dərəcə isti olacaq.

İyunun 7-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-20, gündüz 25-28 dərəcə isti olacaq.

İyunun 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 7-dən 8-nə keçən gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-21, gündüz 25-30 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, gecə və səhər zəif duman olacağı ehtimal olunur. 7-si axşam yağıntılar tədricən kəsiləcək, 8-i gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-20, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 968

Oxşar yazılar

İyunun 6-da yeni həyata başlayacaq  7 BÜRC

İyunun 6-da yeni həyata başlayacaq 7 BÜRC

6 iyun 2025 , 18:20
Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - VİDEO

Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - VİDEO

6 iyun 2025 , 14:39
Sabah bu rayonlara qar yağacaq  - PROQNOZ

Sabah bu rayonlara qar yağacaq - PROQNOZ

6 iyun 2025 , 12:07
Əksər rayonlara leysan yağır - FAKTİKİ HAVA

Əksər rayonlara leysan yağır - FAKTİKİ HAVA

6 iyun 2025 , 10:32
"Qaragenlə görüşməyi özümə yaraşdırmıram"  - Allahşükür Paşazadə

"Qaragenlə görüşməyi özümə yaraşdırmıram" - Allahşükür Paşazadə

6 iyun 2025 , 09:53
Azərbaycanda bayram namazı  qılınır

Azərbaycanda bayram namazı qılınır

6 iyun 2025 , 08:01
Azərbaycanda Qurban bayramı  tətili başladı

Azərbaycanda Qurban bayramı tətili başladı

6 iyun 2025 , 01:16
Azərbaycanda Qurban bayramı  qeyd olunur

Azərbaycanda Qurban bayramı qeyd olunur

6 iyun 2025 , 01:14