Baş prokuror göstəriş verdi
05 sentyabr 2025 16:06 (UTC +04:00)

Baş prokuror göstəriş verdi

0

Baş prokuror paytaxtın Yasamal rayonunda qəbul keçirib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyev Yasamal rayon prokurorluğunun inzibati binasında Yasamal rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 47 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar