İyunun 24-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Binəqədi rayon prokurorluğunun inzibati binasında Binəqədi rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Lent.az xəbər verir ki, qəbulda iştirak edən 23 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.