Baş infeksionist: “Yeni ştammların yoluxuculuğu daha yüksəkdir”
11 avqust 2021 15:37 (UTC +04:00)

Baş infeksionist: “Yeni ştammların yoluxuculuğu daha yüksəkdir”

“Yeni ştammların yoluxuculuğu daha yüksəkdir. O ölkələrdəki vaksinasiya yüksək səviyyədədir, orada yoluxma sayı çox olsa da, gündəlik ölüm faktı aşağıdır. Bu da böyük nailiyyətdir”.

Lent.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, iki doza peyvənd edilən şəxslərin sayı kifayət qədər deyil: “Azərbaycanda 5 milyon insana vaksin vurulsa da, iki doza peyvənd edilən şəxslərin sayı kifayət qədər deyil. Bu səbəbdən kütləvi vaksinasiyanın olması şərtdir. Gürcüstan və İranda isə bu sahədə vəziyyət olduqca acınaqlıdır”.

Baş infeksionist onu da qeyd edib ki, əks göstəriş üçün həkim yoxlanışı lazımdır:

“COVID-19 vaksinlərinin tərkibində antibiotik yoxdur. Ona görə də peyvənd vurdurmaqdan çəkinmək lazım deyil”.

T.Eyvazov bildirib ki, yaxın vaxtlarda böyük kütlə peyvənd olunacaqsa, yoluxma saylarında aşağı rəqəmlər görüləcək:

“Qoruyucu qaydalara yenə də ciddi əməl etmək və vaksinasiyaya qoşulmaq mütləqdir.Yalnız bundan sonra yoluxma sayında effektivliyə nail ola bilərik. Nəzərə alsaq ki, keçən ilin bu vaxtı ilə müqayisədə yoluxma sayı ilə yanaşı, ölüm faktları çox olurdu. Rəsmi qurumların bildirdiyinə görə ölkədə hazırda virusa yoluxanların böyük əksəriyyəti peyvənd olunmayanlardır. Digər tərəfdən isə deyirik ki, ölüm sayı azdır. Bu da o deməkdir ki, peyvəndləmə öz effektini göstərmiş olur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3570
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar