Bakı və Abşeron yarımadasında iyunun 6-sı səhərdən 7-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.
Lent.az-ın xəbərinə görə, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd edilib ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.