Bakının əksər yollarında tıxac var -  SİYAHI
16 avqust 2021 13:28 (UTC +04:00)

Bakının əksər yollarında tıxac var - SİYAHI

Hazırda Bakının bir sıra küçə və prospektlərində sıxlıq müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, tıxac bu yollarda qeydə alınıb:

1. Şah İsmayıl Xətai prospekti (Tələt Şıxəliyev küçəsi ilə kəsişmədən,Əbdüləzəl Dəmirçizadə  küçəsi ilə kəsişməyə qədər,Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanı, eyni zamanda Heydər Əliyev prospektinə çixan yol) davamlı olaraq qısa müddətli sıxlıqlar müşahidə olunmaqdadır.

2. Alı Mustafayev küçəsi  -  Köməkçi yolda - Ziya Bünyadov prospekti istiqamətindəki sıxlıq davam etməkdədir və demək olar ki,nəqliyyat vasitələrinin hərəkəti dayanmış vəziyyətdədir.Səbəb olaraq,yolun sağ tərəfində nəqliyyat vasitələrinin dayanmasını göstərmək olar.

3. Tbilisi prospekti – (20 Yanvar dairəsindən başlayaraq,əsasən Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər,şəhər istiqamətində sıxlıq müşahidə olunur).

4. Akademik Həsən Əliyev küçəsi - (1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla,Mərdanov qardaşlar küçəsi ilə kəsişmədən,Xan Şuşinski küçəsi ilə kəsişməyə qədər,Azadlıq prospekti ilə kəsişmə istiqaməti) sıxlıq

5. Koroğlu Rəhimov küçəsi - (Təbriz küçəsi ilə kəsişmə istiqamətindən,Fətəli xan Xoyski küçəsi ilə kəsişməyə qədər olan hissəsi,Akademik Həsən Əliyev küçəsi istiqamətində) sıxlıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2295
avatar

Oxşar yazılar