Bakının 5 qəsəbəsi  susuz qalacaq
11 aprel 2022 17:55 (UTC +04:00)

Bakının 5 qəsəbəsi susuz qalacaq

Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranacaq.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, məhdudiyyətlər yay mövsümünə hazırlıq məqsədilə aparılan profilaktik işlərlə əlaqədar olacaq. Bu səbəblə aprelin 12-i gün ərzində Maştağa, Nardaran, Buzovna qəsəbələrinə, həmçinin Zabrat və Ramana qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6579
avatar

Oxşar yazılar