Bakının bəzi ərazilərində su kəsiləcək.
Bu barədə Lent.az-a "Azərsu" ASC-dən məlumat verilib. Magistral su xətlərində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar bu gün Bakının Nəsimi və Binəqədi rayonlarının bəzi ərazilərinə, həmçinin Suraxanı rayonunun Hövsan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.