“Yaxın vaxtlarda “BakıKart”ın funksiyalarında dəyişiklik ediləcək”.
Lent.az “APA-Economics”ə xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib. Onun sözlərinə görə, bununla yanaşı istənilən ödəniş vasitəsi NFC, “GooglePay”, “ApplePay”, bank kartları və s. ilə ödəniş etmək mümkün olacaq.
“Bunu da düşünürəm ki, vətəndaşların işini rahatlaşdıran, eyni zamanda ictimai nəqliyyata marağı bir az da artıran məsələlərdəndir ”, - deyə nazir müavini qeyd edib.