Bakıda daha bir məktəb distant təhsilə keçib.
Bu barədə Lent.az-a Bakı Şəhər Təhsil İdarəsindən bildirilib. Paytaxtdakı 45 saylı tam orta məktəbin fəaliyyəti yanvarın 24-dən distant təhsil formasında davam etdiriləcək.
Gigiyena və Epidemiologiya Mərkəzindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı 45 saylı tam orta məktəbdə əyani tədris prosesinin 14 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.