Bakıda yolda çökmə olub.
Bu barədə Lent.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən xəbər verilib.
Məlumata görə, paytaxtın 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsindən, üzü mərkəz istiqamətinə yolun bir hissəsində çökmə olub. Hazırda təmir-bərpa işləri aparıldığından yolda sıxlıq müşahidə olunur.