Paytaxtda təhsil işçilərinin 26 486 nəfəri peyvəndləmə prosesinə qoşulub.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən xəbərə görə, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq paytaxtdakı təhsil müəssisələrində çalışanların peyvəndləmə prosesi davam edir. Bütün bunlar ənənəvi tədrisə davamlı keçid üçün həyata keçirilən zəruri tədbirlərin tərkib hissəsidir.
Koronavirus pandemiyası dövründə sağlamlığına həssas yanaşan təhsil işçiləri zəruri olan peyvəndləmə prosesində fəal iştirak edirlər.
Qeyd edək ki, paytaxtın Pirallahı, Xəzər, Binəqədi, Nəsimi, Sabunçu, Yasamal və Suraxanı rayon məktəbləri peyvəndlənməni nümunəvi həyata keçirən təhsil müəssisələri sırasındadır. Paytaxt üzrə 37 məktəbdə təhsil işçilərinin 90 faizindən çoxu peyvəndlənib.