Bakıda hovuza girmək neçəyədir?  ƏN BAHALISI…
03 dekabr 2021 14:15 (UTC +04:00)

Bakıda hovuza girmək neçəyədir? ƏN BAHALISI…

“Üzgüçülük insan orqanizminin bütün funksional sistemlərinə əlverişli təsir göstərir. İnsanın dayaq-hərəkət aparatına, ürək-damar sisteminə, tənəffüs sisteminə, sinir sisteminə, həmçinin insanın orqanizmində maddələr mübadiləsinin bərpasına xidmət edir”. 

Bu sözləri Lent.az-a açıqlamasında həkim-fizioterapevt Emin İbrahimov bildirib. 

Həkimin sözlərinə görə, üzgüçülüklə məşğul olanların immuniteti digər insanlarınkından 2 dəfə daha çox olur. Üzmək əsəb sistemlərini sakitləşdirir və fiziki yorğunluğu aradan qaldırır. Üzmək uşaqlarda bədəni də formalaşdırır və qamətini düzəldir: “Onurğasında problemi olan uşaqlar üçün üzgüçülük ən yaxşı seçimdir". 

Bildiyimiz kimi, dünyada ən çox sevilən idman növlərindən biri də üzgüçülükdür. Üzgüçülük uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsində xüsusi rola malikdir. Sağlamlığa təsiri baxımından digər idman növləri arasında hətta birinci yerdədir. 

Ölkəmizdə də üzgüçülüyə maraq çoxdur. Bəs, Azərbaycanda əhalinin orta statistik gəlirləri ilə hovuzlardakı qiymət arasında fərqlər necədir? 

Lent.az kiçik bir araşdırma edərək Bakıdakı bir neçə idman komplekslərindəki üzgüçülük qiymətlərini sizə təqdim edir. 

Qeyd edək ki, üzgüçülük hovuzlarında qiymətlər müştərilərin yaşından və məşqçinin iştirakından asılı olaraq dəyişir. 

Üzgüçülük komplekslərinin birində uşaqlar üçün üzmək həftədə 3 dəfə olmaqla 55 manat, böyüklər üçün isə 80 manatdır. Həftədə 2 dəfə isə uşaqlar üçün 40 manat, böyüklər üçün 80 manat təşkil edir.  

Başqa bir kompleksdə isə qiymətlər belədir: Uşaqlar üçün həftədə 2 dəfə, ayda 8 dərs olmaqla 55 manat, böyüklər üçün 60 manatdır. Həftədə 3 dəfə, ayda 12 dərs uşaqlar üçün 70 manat, böyüklər üçün 85 manatdır. 

Araşdırdığımız bir üzgüçülük kompleksində böyüklər və uşaqlar arasında fərq olmadan həftədə 3 dəfə, məşqçisiz üzmək 50 manat, məşqçi ilə isə 60 manat təşkil edir. 

Bundan başqa, uşaqlar üçün həftədə 3 dəfə olmaqla məşqçisiz 60 manat, məşqçi ilə birlikdə 95 manat olan idman kompleksləri də var. Bu qiymətlər böyüklər üçün həftədə 2 dəfə olmaqla 45-70 manat aralığında dəyişir. 

Ən bahalı komplekslər arasında qiymət isə kiçiklər üçün həftədə 3 dəfə 80 manat, böyüklər üçün isə 150 manat təşkil edir. 

Qeyd edək ki, bu kompleksdə böyüklər üçün hovuzlardan istifadə etmək limitsizdir. Müştərilər istədikləri vaxt ora üz tuta bilərlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6142

Oxşar yazılar

Bu gün 3 rayonun  işığı kəsiləcək

Bu gün 3 rayonun işığı kəsiləcək

22 aprel 2025 , 09:19
Bakının iki rayonu qazsız qalacaq

Bakının iki rayonu qazsız qalacaq

22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə  pis xəbər   alacaq 

Üç BÜRC tezliklə pis xəbər alacaq 

22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19
Karyera, pul  və… 4 BÜRC üçün böyük imkanlar dövrü  başlayır

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 aprel 2025 , 00:02
SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38