İndiyə olan son məlumata görə, Bakıda hava şəraiti ilə əlaqədar küləyin törətdiyi fəsad nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralananlar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanalara çatdırılıblar.
Bu barədə TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, xəsarət alanların ümumi vəziyyəti stabil olaraq qiymətləndirilir.
Xəsarət alanların hər biri qadındır. Onlara hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində tibbi yardım göstərilir.
***
14:17
Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 6 nəfər (qadın) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Lent.az Səhiyyə Nazirliyindən xəbər verilib. Qeyd edilib ki, yaralananlar müxtəlif xəsarətlərlə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya çatdırılıblar.