Aprelin 11-i Bakıda və Abşeron yarımadasında gündüz cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.
Lent.az xəbər verir ki, bu barədə ETSN-in Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Azərbaycanın rayonlarında isə aprelin 10-u axşamdan 12-si gündüzədək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.