Bakıda güclü külək əsəcək - Sabahın havası
04 yanvar 2023 13:44 (UTC +04:00)

Bakıda güclü külək əsəcək - Sabahın havası

Yanvarın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-12° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında az yağıntılı olacağı gözlənilir. Dağlıq rayonlarda zəif qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

# 5589
avatar

Arzu Qurbanlı

Oxşar yazılar