Bakıda daha bir məktəbin 3 sinfi distant təhsilə  keçdi
15 oktyabr 2021 16:57 (UTC +04:00)

Bakıda daha bir məktəbin 3 sinfi distant təhsilə keçdi

Bakı şəhəri 7 saylı tam orta məktəbin 5 ç, 7 d və 10 ç siniflərinin hər birində 1 şagirdin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin siniflərdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Lent.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, oktyabrın 18-də karantin müddəti başa çatdığı üçün gələn həftədən həmin siniflərdə dərslər əyani şəkildə davam edəcək.

 

# 1869
avatar

Oxşar yazılar