Analitik Ekspertiza Mərkəzi iyun ayı ərzində aptek təşkilatlarında keçirilmiş yoxlamaların nəticəsi haqqında məlumatı təqdim edir.
AEM-dən Lent.az-a verilən xəbərə görə, Bakı şəhəri üzrə 27, digər rayonlar üzrə 5 aptek olmaqla, ümumilikdə 32 aptekdə planlı və plandan kənar yoxlamalar keçirilib.
7 adda, 40 qutu dərman vasitəsi müsadirə edilib, 2 aptekdə nöqsanlar aşkarlanaraq İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə protokollar tərtib edilib.