Bakıda bir neçə marşrut xəttinin hərəkət istiqamətində dəyişikliklər edilib.
Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata əsasən, 15 və 22 saylı müntəzəm marşrut xətləri bundan sonra Qara Qarayev prospekti və (“Xalqlar Dostluğu” metrostansiyası) Babək prospektindən keçəcək.
70 saylı müntəzəm marşrut xəttinin Sabunçu qəsəbəsi istiqamətində hərəkət sxemində dəyişiklik olunaraq Cəmşid Naxçıvanski küçəsi və Qara Qarayev prospekti ilə təşkil edilib.
53 saylı müntəzəm marşrut xəttinin Badamdar qəsəbəsi istiqamətində hərəkət sxemində dəyişiklik olunaraq Qurban Xəlilov küçəsi – Landau küçəsi – Şəfaət Mehdiyev küçəsi – Bəxtiyar Vahabzadə küçəsi – Hüseyn Cavid prospekti – Mikayıl Müşfiq küçəsindən keçməklə, 33 saylı müntəzəm marşrut xəttinin 7-ci mikrorayon istiqamətində hərəkət sxemimdə dəyişiklik edilərək Səməd Vurğun, Nəsib bəy Yusifbəyli küçəsi və Azadlıq prospekti ilə təşkil edilib.
78 saylı müntəzəm marşrut xəttinin başlanğıc dayanacaq məntəqəsi Azər Manafov küçəsi olmaqla, fəaliyyəti də bərpa edilib.