Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 409 ictimai iaşə obyektində 692 monitorinq keçirib.
AQTA-dan Lent.az-a verilən məlumata görə, monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxcivani 15 ünvanında yerləşən, fiziki şəxs Huseynov Əsəd Məhərrəm oğluna məxsus "V9 karaoke lounge" kafesi;
2. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Ağaoğlu Atatürk küç. kəsişməsində yerləşən, fiziki şəxs Samir Mirzəyev Güləli oğluna məxsus “Paşa dönər” kafesi;
3. Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski pr. 830-835 məhəllədə yerləşən, fiziki şəxs Babaşov Şöhrətə məxsus kafe;
4. Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov 556/557 məhəllədə yerləşən, fiziki şəxs Baxışova Elnarə Rafiq qızına məxsus "Papaq" kafesi;
5. Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov 7 D ünvanında yerləşən, fiziki şəxs Həşimov Elburus Yaşar oğluna məxsus kafe;
6. Daşkəsən rayonu, Yuxarı Daşkəsən, Narzanda yerləşən, fiziki şəxs Məmmədov Röyal Akif oğluna məxsus "Narzan" kafesi.