Bakı Zooloji Parkı nə vaxt istifadəyə veriləcək? -  TARİX AÇIQLANDI
08 oktyabr 2021 13:25 (UTC +04:00)

Bakı Zooloji Parkı nə vaxt istifadəyə veriləcək? - TARİX AÇIQLANDI

Məlum olduğu kimi, dünən - oktyabrın 7-də Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışı olub.

Lent.az-ın məlumatına görə, sabah - oktyabrın 9-da IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ilk ziyarətçilər şəhid övladları və uşaq evlərinin yetirmələri olacaq.

Bundan başqa Bakı Zooloji Parkından istifadəyə isə oktyabrın 10-dan etibarən başlanılması nəzərdə tutulub.

Əlavə edək ki, yenidənqurmadan sonra Zooloji Parkın kompleksi ziyarətçilər üçün rahat və maraqlı məkana çevrilib, ümumi ərazisi demək olar ki, iki dəfə artırılaraq 4.25 hektara çatdırılıb.

Zoopark hamının, o cümlədən fiziki qüsurlu şəxslərin, bütün yaş qruplarından olan ziyarətçilərin istirahət edə və maariflənə biləcəyi məkana çevrilib. Əsaslı yenidənqurma işləri nəticəsində zooparkın sakinləri üçün daha rahat volyerlər, akvaterrarium, kontakt zooparkı, süni göl və hovuzlar, baytarlıq klinikası inşa edilib. 

# 7947
avatar

Oxşar yazılar